Müavinətlər verilir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu ay üzrə bütün müavinət, təqaüd və kompensasiyaların ödənişi artıq yekunlaşıb. Həmin sosial təminat növləri üzrə vəsaitlər müvafiq kateqoriyalardan olan şəxslərin hesablarına köçürülüb.

Nazirlikdən Sozcu.az-a verilən məlumata görə, bundan əvvəl, iyunun 15-dək isə iyun ayının bütün pensiyalarının ödənişi təmin olunub.

Gələn həftə isə bu ay üzrə ünvanlı dövlət sosial yardımlarının ödənişi nəzərdə tutulub.

Facebook Comments