MSK REAL-çının namizədliyini ləğv etdi – Foto

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 86 saylı İsmayıllı seçki dairəsindən deputatlığa namizədliyi qeydə alınmış Məzahir Şahvələdovun ikili vətəndaşlığı olması ilə bağlı Dairə Seçki Komissiyasının sədrinin müraciətinə baxılıb.

Sozcu.az xəbər verir ki, bu barədə MSK-nın bu gün keçirilən iclasında MSK katibi Arifə Muxtarova məlumat verib. A. Muxtarova bildirib ki, DSK sədri müraciətindən sonra MSK müraciəti araşdırıb: “Dövlət orqanlarına verilən sorğu əsasında həqiqətən də məlum olub ki, həmin şəxsin Rusiya vətəndaşlığı da var”.

MSK məsələni müzakirə edib və Şahvələdov Məzahirin namizədliyini ləğv edib.

Qeyd edək ki, Məzahir Şahvələdovun namizədliyi REAL tərəfindən dəstəklənirdi. (“Qafqazinfo”)

Facebook Comments