“MSK Müsavatın səlahiyyətli nümayəndələrinin təsdiqini gecikdirir”

Mərkəzi Seçki Komissiyası (MSK) Müsavat Partiyasının növbədənkənar seçkilərlə bağlı təyin etdiyi səlahiyyətli nümayəndələrin təsdiqini gecikdirir.

Bu haqda Müsavat Partiyası seçki qərargahının rəhbəri Gülağa Aslanlı özünün feysbuk səhifəsində məlumat yayıb.

“Müsavat Partiyasının səlahiyyətli nümayəndələrinin təsdiqinin gecikdirilməsi üçün MSK bütün variantlardan istifadə edir.

YAP-in siyahısının elanı gecikdikcə MSK-nın fəaliyyətinin belə davam edəcəyi ehtimalı yüksəkdir. MSK-nın dünən keçirilməli olan iclasının bu günə saxlanılmasını Müsavat Partiyasının namizədlərinın sənədlərinin DSK-lara çatdırılmasına maneçilik törədilməsinə hesablandığı qənaətindəyəm” – deyə, Aslanlı bildirib.

“Ölkədə son günlər baş verən hadisələr fonunda bu gözlənilən addımdır. Artıq ox yaydan çıxıb. Müsavat Partiyasının namizədlərindən səbrli olmağı, mübarizəyə ciddi hazırlaşmalarını tövsiyyə edirəm” deyə, partiya yetkilisi əlavə edib.

Facebook Comments