MSK Ceyhun Nəbinin müraciətinə cavab vermir

Cümhuriyyət Siyasi Düşüncə Mərkəzinin sədri, Cümhuriyət araşdırmaçısı Ceyhun Nəbinin parlament seçkilərinə namizədliyi 98 sayılı Şəmkir şəhər seçki dairəsi tərəfindən təsdiq edilməyib.

Sozcu.az-ın xəbərinə görə, Ceyhun Nəbi bununla bağlı Mərkəzi Seçki Komisiyyasına (MSK) müraciət etsə də, MSK onun müraciətinə cavab vermir:

“98 sayılı Şəmkir şəhər seçki dairəsinin mənim namizədliyimin qeydə alınmaması ilə bağlı verdiyi qərara müvafiq olaraq MSK-ya unvanladığım şikayət ərizəsinə hələdə rəsmi cavab verilməyib. Həmçinin 3 gün öncə MSK-nin qaynar xəttinədə bu məsələnin araşdırılması ilə bağlı şikayət unvanlamışdım. Qeydlər aparmışdılar, həmçinin bununlada bağlı nəticə yoxdur. Seçkilərin təşkili ilə bağlı müvafiq qurumlarda operativlik çox aşağı səviyyədədir. Seçki keçirən orqanlar işində məsuliyyətli olmalı, şikayət və problemlərə vaxtında cavab verməlidir”.

Facebook Comments