Mövsümün rəmzi komandası – 8 “Çelsi”li var

UEFA Avropa Liqasında başa çatan mövsümün rəmzi komandasını açıqlayıb.

Sozcu.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, Bakıda keçirilən finalda “Arsenal”ı 4:1 üstələyən “Çelsi”nin 8 futbolçusu rəmzi 18-likdə yer alıb.

Qapıçılar: Kevin Trapp (“Ayntraxt”), Kepa Arrisabalaqa (“Çelsi”).

Müdafiəçilər: Alex Qrimaldo (“Benfika”), Sead Kolaşinats (“Arsenal”), Loran Koselni (“Arsenal”), David Luiz (“Çelsi”), Sezar Aspilikueta (“Çelsi”), Danni da Kosta (“Ayntraxt”)

Yarımmüdafiəçilər: Makoto Hasebe (“Ayntraxt”), Filip Kostiç (“Ayntraxt”), Jorjinyo (“Çelsi”), Nqolo Kante (“Çelsi”)

Hücumçular: Pier-Emerik Obameyanq (“Arsenal”), Oliviye Jiru (“Çelsi”), Luka Yoviç (“Ayntraxt”), Joao Féliks (“Benfika”), Pedro (“Çelsi”), Eden Hazard (“Çelsi”) (Qol.az)

Facebook Comments