Mourinyo “Roma”ya gedir?

Son olaraq “Mançester Yunayted”i çalışdıran Joze Mourinyo yenidən İtaliya A Seriyasına qayıda bilər.

Sozcu.az xəbər verir ki, “Roma” portuqaliyalı məşqçi ilə danışıqlara başlayıb. Bu barədə Fransa mətbuatı məlumat yayıb. Xəbərdə, “Roma” rəhbərliyinin Mourinyoya rəsmi təklif göndərdiyi bildirilib. “Roma” Çempionlar Liqasına vəsiqə qazanacağı halda, 56 yaşlı mütəxəssis 3 illk sözləşməyə imza atacaq.

34 turdan sonra 58 xalla 5-ci sırada olan “Roma”nı Klaudio Ranyeri çalışdırır.

Baş məşqçi karyerası ərzində “Real”, “İnter”, “Çelsi” kimi klublarda çalışan Mourinyo, son olaraq “Mançester Yunayted”ə rəhbərlik edib. Portuqaliyalı mütəxəssis ötən ilin dekabrından işsizdir.(Komanda.az)