Mourinyo da Çinə gedir?

Portuqaliyalı Joze Mourinyo karyerasını Çində davam etdirə bilır.

Sözcü.az xəbər verir ki, 56 yaşlı mütəxəssis “Quançjou Everqand” və ya milli komandaya baş məşqçi təyinatı ilə bağlı hazırda bu ölkənin ən varlı şəxsi olan Xu Tszyainemlə danışıqlar aparır.

Qeyd edək ki, superliqa təmsilçisi “Quançjou Everqand”un səhmləri Xu Tszyainemin sahibi olduğu “Evergrande Group”a məxsusdur.

İş adamı ölkə çempionatının səviyyəsinin yüksələməsi, həmçinin Çin millisinin dünya çempionatının final mərhələsinə düşməsi üçün maddi dəstək verir.\Qol.az\