Mosulda terakt: 5 ölü, 8 yaralı

İraqın Mosul şəhərində terror aktı törədilib.

Sozcu.az xəbər verir ki, bu barədə İraq Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlik bildirib ki, maşına quraşdırılmış bombanın partlaması nəticəsində 5 nəfər həlak olub, 8 nəfər yaralanıb.

Hələ ki məsuliyyəti heç bir terror qruplaşması üzərinə götürməyib.(Axar.az)