Moskvada silahlı atışma: 2 nəfər öldü

Rusiyanın paytaxtı Moskvanın “Yeni Çeryomuşki” metrostansiyası yaxınlığında silahlı atışma baş verib.

Sozcu.az Rusiya mediasına istinadən xəbər verir ki, qanlı olayda 2 nəfər ölüb.

Belə ki, naməlum şəxs bir nəfəri odlu silahla qətlə yetirdikdən sonra özünə atəş açaraq intihar edib.

Faktla bağlı araşdırma aparılır.(Axar.az)