Moskvada ermənilərin Şuşa təxribatlarına qarşı tədbirlər görülür

Rusiyanın bir sıra şəhərlərində, o cümlədən Moskvada ermənilər Azərbaycanın işğal altında olan qədim şəhəri Şuşanın işğal günü ilə bağlı guya “azad olunması” tarixinə həsr olunmuş tədbirlər keçirməyə cəhd göstərirlər.

Azərbaycan diaspor təşkilatları erməni təxribatlarının qarşısının alınması üçün hərəkətə keçiblər.Yerli Mili-Mədəni Muxtariyyətin Koordinasiya Şurasının sədri Əli Kazımov, Koordinasiya Şurasının üzvü Elxan Rüstəmov və digərləri ermənilərin tədbir keçirəcəkləri və adını çəkdikləri yerdə olublar, orada rəhbərlik elə bir tədbirin nəzərdə tutulmadığını və o cür tədbirin keçirilməsinə imkan verməyəcəklərini deyiblər.

Koordinasiya Şurasının üzvləri həmin tədbirin erməni kilsəsində keçiriləcəyi ilə bağlı məlumatı da diqqətdə saxlayır, bu təxribatın da qarşısını alacaqlarını bildiriblər.

Digər məlumata görə, ermənilər oxşar tədbiri erməini tələbələr birliyi adından Moskva Dövlət Universitetində də keçirmək istəyirlər. Bu təxribatın da qarşısını almaq üçün Koordinasiya Şurasının sədri Əli Kazımovun imzası ilə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin rektoru V.A.Sadovniçevə müraciət göndərilib.

Müraciətdə göstərirlir :

“Hörmətli Viktor Antonoviç! Böyük narahatlıqla Sizə müraciət edərək bildirirəm ki, 07.05.2019-cu il tarixində, Moskva şəhəri, Moraseyka küçəsi, bina 2, ev 9-da, M.V.Lomonosov adına MDU-nin erməni tələbə birliyinin təşəbbüsü ilə, Azərbaycanın Şuşa şəhərinin işğalının 26-illiyini qeyd etmək üçün tədbir keçiriləcək. Tədbir “Azatamartikner Fədailəri ilə Görüş” adı altında keçiriləcək. Bu tədbirin afişası və onun keçirilməsi formatı həm Rusiya Federasiyasının daxilində, həm də xarici dövlətlərin ərazisində millətlərarası ədavətin qızışdırılmasına, düşmənçilik və bir xalqın digərindən üstün olmasını təbliğ edir.

Tələbə cəmiyyətinin himayəsi altında təşkil olunan bu cür tədbirlər, bizim çoxmillətli Rusiyada məskunlaşan xalqlar arasında düşmənçilik yaradan mənfi xarakter daşıyır, Azərbaycan Respublikasının ərazi bütövlüyünü şübhə altına almağa, terrorizmə və ekstremizmə bəraət qazandırmağa çağırır. Belə təxribatlar Rusiya cəmiyyətində mənəvi pozuntulara rəvac vermək, kövrək millətlərarası sülh və harmoniyaya qarşı olmaqla yanaşı Rusiya Federasiyasının qanunvericiliyi ilə də ziddiyyət təşkil edir. Rusiya Federasiyası Konstitusiyasının 29-cu maddəsinin müddəalarına görə, xalqlara nifrət və ya düşmənçilik təbliğatı yol verilməzdi.

Belə görünür ki, iştirakçılar, həmçinin təşkilatçılar bu cür tədbirlərlə Rusiya Federasiyasının Konstitusiyasını pozur. Bundan əlavə, bu məzmunlu tədbirlər insanları Rusiya Federasiyasında da qadağan olan (Rusiya Federasiyasının Cinayət Məcəlləsi, pp. “b”, 2-ci hissə, 282-ci maddə və 205.2-ci maddəsi) ekstremist fəaliyyətə cəlb edə bilər. Yaranmış vəziyyəti nəzərə alaraq bizə belə gəlir ki, qədim ənənələrə malik nüfuzlu universitetin tərkibində fəaliyyət göstərən milli tələbə təşkilatlarının “Azatamartikner Fədailəri ilə Görüş” və digər bu qəbildən olan tədbirlər tək Rusiya cəmiyyətinə deyil, həm də Rusiya və Azərbaycan xalqları arasında millətlərarası münasibətlərə ciddi ziyan vurur. Bu kimi təxribatlar Rusiyanın ictimai təməllərinin pozulmasına və mənfi meyllərin artmasına səbəb olur.

Yuxarıda göstərilənləri nəzərə alaraq, M.V.Lomonosov adına MDU-nin erməni tələbə birliyinin təşəbbüsü ilə adı çəkilən tədbirin keçirilməsi cəhdinin qarşısının alınması üçün dərhal qərar qəbul etməyinizi xahiş edirik. Bu tədbir barədə elan MDU-nun ASA saytında dərc olunub. Həmçinin Universitet rəhbərliyindən xahiş edirik ki, bu faktı nəzərə alaraq gələcəkdə assosiasiyanın Rusiya Federasiyasının ərazisində millətlərarası münasibətlərin qeyri-stabilliyinə yönəlmiş fəaliyyətinin qarşısının alınması üçün zəruri addımlar atsın”.
Son məlumatlara görə, Universitetin rəhbərliyi ilə danışıqlar davam etdirilir.

QAT Mətbuat Xidməti.