Moskva bu silahla vurulur – Ekoloq

Bu yay Yer kürəsində qeyri-adi hava şəraiti müşahidə olunur. Belə ki, Fransa və İspaniyada dəhşətli istilər hökm sürdüyü bir vaxtda Rusiyada havalar kəskin soyuyub. Moskvada 29 iyunda son 70 ilin ən soyuq havası (11 dərəcə) qeydə alınıb.

Mütəxəssislər bu cür hava şəraitinin normal olmadığını deyirlər.

Sözcü.az xəbər verir ki,məsələ ilə bağlı Axar.az-a danışan ekoloq Telman Zeynallı bildirib ki, iqlim dəyişikliklərinə səbəb olan silahlardan istifadə edilməsi belə anomal havaların meydana çıxmasına zəmin yaradır.

“Stratosferlə tropopauza arasında təbəqə var. O təbəqədə küləklərin istiqaməti çox sürətlidir. Bundan dövlətlərə zərbə endirmək üçün istifadə edirlər. Onu idarə edərək Yer kürəsinin bir hissəsində siklon, digərində isə antisiklon yaradırlar. Buna görə də Qərbi, Şərqi Avropada antisiklon, Rusiyada, Azərbaycanda isə siklon yaranıb. Bu, kommersantların, biznesmenlərin və nəhəng şirkətlərin oyunlarıdır”.

Qeyd edək ki, son günlər Fransa, İspaniya və Hindistanda havanın temperaturu rekord dərəcədə yüksəlib. Rusiya paytaxtında isə son 70 ilin ən soyuq havası qeydə alınıb, həmçinin İrkutskda sel və daşqınlar böyük fəsadlar törədib.

Azərbaycanda da son 23 ilin ən soyuq havası müşahidə edilir. Hətta iyul ayında Daşkəsənə dolu düşüb.