Mollalar məsciddə tennis yarışması təşkil etdi- Gözlənilməz…-FOTO

İdmansevər məscid imamı: “Stolüstü tennisə asan idman növü kimi baxanlar səhv edirlər…”
“Bizim “bozbaş mollaları” yəqin, qondarma “qara bayram”larda qəbiristanlıqlara tez çatmaq üzrə yarış keçirəcək…”

Rusiya Federasiyası Penza bölgəsinin Qorodişen rayonu Orta Yeluzan kəndindəki “Əbu Hənifə” məscidində yerli məscid ziyarətçiləri arasında ilk stolüstü tennis turniri keçirilib.

Moderator.az xəbər verir ki, bu haqda Dumpo.ru məlumat yayıb. Məscidin imamı Ruşan-Həzrət Bibarsovun sözlərinə görə, komandalar yaş kateqoriyaları üzrə bölünüb. Ən gənc oyunçunun 10 yaşı olub. Kiçik yaş qrupunda 16, böyüklər qrupunda isə 25 nəfər iştirak edib.

Oyunun əsas məqsədi – oyunçunun rəqibin topu dəf edə bilməyəcəyi situasiya yaratmaq olub.

Yarışmanın nəticələrinə görə bütün iştirakçılar xatirə hədiyyələri qazanıb. Fəxri yer tutanlara isə diplom və medallar təqdim edilib .

“Stolüstü tennisə asan idman növü kimi baxanlar səhv edirlər. Əslində, bu oyun yalnız fiziki deyil, həm də mənəvi-iradi xüsusiyyətləri inkişaf etdirir. Bu- güc, çeviklik və reaksiya tezliyi, oyun masasında vəziyyəti proqnozlaşdırmaq qabiliyyətidir”, – deyə idmansevər məscid rəhbəri Ruşan-Həzrət Bibarsov fikirləri ilə bölüşüb.

P.S. “Bizim “bozbaş mollaları” yəqin, qondarma “qara bayram”larda qəbiristanlıqlara tez çatıb, “müştəri”ni tez ələ keçirmək üzrə yarış keçirəcək…”