Moldovanın boz kardinalı ölkədən qaçdı

Moldovanın Demokratik Partiyasına bağlı olan siyasətçi və biznesmenlər ölkəni tərk etməyə başlayıblar.

Sozcu.az xəbər verir ki, bu barədə “İnterfaks” agentliyi məlumat yayıb.

Məlumata görə, son bir neçə saat ərzində Kişinyovdan 3 şəxsi təyyarə havaya qalxıb və onlarda Moskva, Odessa və Londona eniş ediblər. Agentlik həmçinin ölkəni tərk edənlərdən birinin oliqarx, Demokratik Partiyanın lideri Vladimir Plaxotnyuk olduğunu bildirib.

Bununla bərabər hazırda Kişinyov hava limanında çoxlu sayda biznesmen toplaşıb. Təkcə hava limanında İstanbula uçacaq 5 çarter reysi qeydə alınıb.
Qeyd edək ki, dünən Demokratik Partiya hakimiyyətdən imtina etdiyini açıqlayıb və Baş nazir Pavel Filip istefa verib.(Axar.az)