“Əmlak Xidmətləri Məkanı”15 aydır qazidən52 manat alıb arayış vermir

Bir ildir nə pul qaytarılır, nə də dələduzluğa son qoyulur.

Hansı xidmət sektorunun daha çox korrupsiyaya uğradığını müəyyən etmək bağlantılı qurumların, özəlliklə hüquq mühafizə orqanlarının üzərinə düşür. Azərbaycanda xidmət adına vətəndaşların şiddətə uğradılması acı gerçəkdir . Bircə “ASAN xidmət” mərkəzlərində bürokratik əngəllər aradan qaldırıldığındaninsanlar xidmətdən razıdırlar, amma burada da xidmət haqqının yüksəkliyi və əsassızlığı söz qonusudur. Eyni zamanda, kommunal xidmətlər sektorunun da zorakı “asanlaşdırılması” ciddi narazılıq yaradır və xidməti nəinki asanlaşdırır, əksinə, süründürməçiliyə yol açır. Təsəvvür edin, NK-nın qərarına əsasən, texniki şərtin hazırlanması pulsuz olsa da, işıq, su, qaz abonentləri zorla “ASAN xidmət”dən texniki şərt almağa yönəldilir və. .. pulsuz verilməli olan şərtə görə elə astronomik məbləğ tələb olunur ki, antikorrupsiya komissiyasına üz tutmaqdan özgə yolun qalmır. Bir qaranlıq məsələ də var, nəyə görə, məsələn, “ASAN xidmət” təşkil olunmayan ucqar dağ bölgəsindən abonenti-istehlakçını kommunal xidmətçilər Bakıya yaxud digər “ASAN xidmət” mərkəzi olan yerə göndərirlər ? Axı , istənilən halda xidmətdən yerində layihə və s. üçün abonenti yenidən həmin bölgədəki xidmət qurumuna göndərirlər? Bu oyunbazlığın başında zavallı vətəndaşdan “ASAN” adına pul qoparmaq durur . Necə deyərlər, ayının min oyunu var, hamısı bir armudun başındadır. Təsəvvür edin, pulsuz verilməli olan şərtə görə, vətəndaş Lerikdən Bakıya , Bakıdan geriyə və bir neçə günlük gecələməyə çəkdiyi xərclə evinə işıq da çəkə bilər, qaz da. Görəsən, vətəndaşlardan xidmət adına pul qoparmağın daha “asan” yolunu fikirləşmək belə çətindir?

Keçmiş ƏMDK yanında “Əmlak Xidmətləri Məkanı”nın açılışı ilə hökumət vətəndaşların əmlak sahəsində xidmətlərlə təmin olunmasınıasanlaşdırmaq amacı güdürdü. Di gəl, sözügedən “Məkan”, necə deyərlər, hökumətin ona göstərdiyi yüksək etimadı doğrultmadı. Gerçəkdə, əmlak xidmətlərini “ASAN xidmət”ə vermək gərəkir(di) və daha doğru addım olardı , nəinki kommunal xidmətlər göstərilmə(mə)sini . İndiki yüksək texnologiyalar, kompüter dönəmindəkiminsə adına əmlakın olub-olmadığınımüəyyənləşdirmək bir neçə dəqiqənin işi deyilmi? Amma “Əmlak Xidmətləri Məkanı”nındabu bir neçə dəqiqəlik iş reqlamentə görə 10 iş gününə başa gəlir, özü də nə az, nə çox, arayışın biri 10,40 manata! (?) Bəli, xidmətin səviyyəsi elə rüşvətə yüksəlib ki, əvvəllər on nəfərlik ailənin adına alınan 4 manatlıq arayış “Məkan”daadambaşı 10, 40 manat  hesabı ilə 104 manata başa gəlir! (?) Hələ, üstəlik, ailənin hər bir üzvü özü şəxsən sənədvermə və arayışalmaprosesində iştirak etməyə məcburdur. Bəs, məsələn, Murovda xidmət edən əsgər (ailəsi), yaxud reanimasiyada yatan xəstə ( valideyni ) nə etməlidir ? “Məkan” buna da “əlac tapıb”: ƏSGƏR, XƏSTƏ BİR GÜNLÜYƏ MUROVU , PALATASINI “MƏKAN”A DƏYİŞSİN, YA DA DAĞIN BAŞINDA, REANİMASİYA YATAĞINDA NOTARİAL QAYDADA TƏSDİQ EDİLMİŞ ETİBARNAMƏ VERSİN ! (?) Belə “ağılla” bu xidmətdən nəsə gözləməyə dəyər? Ritorik sual olduğu bir yana, bəs bu boyda NK, Maliyyə Nazirliyi, Tarif Şurası və digər qurumlar , hüquq müdafiə təşkilatları hara baxırlar? Tutaq ki, İqtisadiyyat Nazirliyinin başçısı  həm də Tarif Şurasının sədridir, həm də ƏMDK onun başçılığına verilib və həm də Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti də İqtisadiyyat Nazirliyinin yanındadır axı! Qiyməti qaldıranda, əmlak xidmətlərini çətinləşdirəndə, heç olmasa, bir istehlakçıların hüquqlarının müdafiəsini də eyni rəhbər fikirləşməli deyil?

“Əmlak Xidmətləri Məkanı”nınözbaşınalığı sadaladıqlarımızla bitsə idi, nə vardı ki? Təsəvvür edin,bu sətirlərin yazarından 2019-cu ilin dekabrın ortalarında 52 manat alıb,  2020-ci ilin yanvarın ilk on günlüyündə veriləcəyinəbir kağız parçası veriblər. Amma artıq 2021-ci ilin yanvarın sonudur, hələ də arayış verilməyib. Özü də bir ildir hər 15 gündən bir tələb edilməsinə baxmayaraq. Son 8 ayda İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nın Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəis əvəzi Nigar xanım Alimova yorulmadan eyni cavabı təkrar edir ki,  Bədəlova Nigar xanım arayışını alıb. İndi 8 aydan çoxdur bu rəis əvəzi Nigar xanıma başa salmaq olmur ki , arayış alan Nigar xanımın qazi ailəsinə aidliyi yoxdur , anlamaq istəmir. Əksinə, ötən ilin iyununda digər arayışların da poçtla göndərildiyini bildirir. Özbaşınalığa baxın, belə çıxır , adi bir arayış 6 aya hazır olub və  poçt arabası ata , yoxsa eşşəyə qoşulub ki, hələ də arayış ünvanına çatmayıb?!

Görəsən, “Əmlak Xidmətləri Məkanı”nın yerini “ASAN xidmət”ə dəyişmək niyə çətindir? Təsəvvür edin, DİN məhkumluğun olmaması haqqında arayışı bir neçə dəqiqə ərzində ödənişsiz verilməsini təmin edir , amma ƏMDXvətəndaşın adına əmlak olmaması haqqında arayışı 15 aydır verə bilmir! (?)Arayış verilməməsi bir yana, hələ, üstəlik, aldığı pulu da qaytarmaqdan imtina edən xidmət qurumunun xidməti saxtakarlığına hüquq xidməti qiymət verəcəkmi? Hələ ki, susqunluq hökm sürür…

Məğrur Bədəlsoy

 

 

Facebook Comments