Mixeil Saakaşvili: “Qudauridə 5 gündür su yoxdur, mən olsa idim 1 saata bu problemi həll edərdim”

“Qudauridə 5 gündür ki, su yoxdur. Hökumətdəkilər isə Mçxetada istirahət edirlər. Mən olsa idim bütün hökuməti ora yığardım və 1 saata sözügedən problemi həll edərdim”.

24News.ge xəbər verir ki, bu sözləri Gürcüstanın eks-prezidenti Mixeil Saakaşvili sosial mediada yayımladığı video müraciətdə bildirib.

“Qudauridə 5 gündür ki, su yoxdur və bunlar Mçxetada istirahət edirlər. Mən orada olsa idim bütün hökuməti toplayardım və bu problemi tam olaraq 1 saata həll edərdim. Hal-hazırda sadəcə Qudauridə maddi gəlirlər deyil, turizm perspektivinədə ziyan dəyir. Qudauridə merin özəl mehmanxanasından başqa heç yerdə su yoxdur. Mənim tərəfimdən başladılan bütün layihələr isə dayandırılıb”,-deyə M.Saakaşvili vurğulayıb.

O, deyib ki, dağ kurortları olan bölgələrdə normalda insanlar kasıb yaşamamalıdırlar. Ancaq, sözügedən kurort bölgələrində turist artımı və inkişafı çox cuzi səviyyədə artıb.

“Mənim proqnozlarıma görə, 2012-ci ildən 2019-cu ilədək dağ kurortlara gələn turistlərin sayında 8 dəfə artım müşahidə edilməli idi. Ancaq artım çox az olub. Bundan cavabdeh isə İvanişvilidir. Təcili şəkildə hər şeyin dəyişdirilməlidir və infrastruktura yenilənməldir. Əks halda isə gəlirlərimizi və perspektivi itirəcəyik”,-deyə eks-prezident qeyd edib.

Facebook Comments