Misirdə dəhşətli qəza: 11 ölü, 98 yaralı

Misirin Qalyubia bölgəsində sərnişin qatarı relsdən çıxaraq aşıb.

Sozcu.az xəbər verir ki, hadisə nəticəsində onlarla insan ölüb, 100-dən çoxu isə yaralanıb.

Ölənlərin sayının artacağı istisna edilmir.

***

Misirin Qalubia vilayətində Qahirə-Mansura marşrutu ilə hərəkət edən sərnişin qatarının 4 vaqonunun relsdən çıxması nəticəsində azı 11 nəfərin həlak olduğu, 98 sərnişinin yaralandığı bildirilir.

Bu barədə Misirin Səhiyyə Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, bundan öncə ölənlərin sayı ilə bağlı fərqli rəqəmlər səsləndirilirdi.

Facebook Comments