Mirzə Babyevin Real-ın üzvü olan nəvəsi saxlanılıb

REAL-ın üzvü Emin Babayev polis tərəfindən saxlanılıb və məhkəməyə aparılıb.

Sozcu.az xəbər verir ki bu barədə REAL-ın Məclis başqanı Azər Qasımlı məlumat verib:

“Rəsmi səbəb guya Eminin küçədə gedərkən ünvansız söyüş söyməsi olub. Lakin bu həqiqətə uyğun deyil. Əsl səbəb Eminin sosial şəbəkələrdə yazdığı tənqidi statuslardrı. Polis nədənsə realçılara söyüş söyən tərbiyyəsizlər möhürünü vurmağa çalışır. Daha əvvəl inzibati qaydada saxlanılan realçılar da eyni ittihamla həbs olunmuşdular. Bu səfərsə məhkəmə ənənəvi davranmayaraq Emini bazar ertəsinə qədər sərbəst buraxıb. Lakin polis hakimin qərarına zidd olaraq onu bölməyə aparıb və şübhəli şəxs kimi saxlayıb. Polisin bu hərəkətinin adı özbaşınalıq deyil nədir?

Daha əvvəl də bu mövzuda yazmışdım. Məhkəmə sistemi ilə yanaşı polisdə də ciddi islahatlar olmalıdır. Emin Babayevin məsələsi onu göstərdi ki, polis özünü məhkəmədən üstün tutur. İndi maraqlıdır, polislərə belə davranmaq tapşırığını kim verib?

Yeri gəlmişkən, Emin Babayev görkəmli müğənnimiz Mirzə Babayevin nəvəsidir”.