Mingəçevirdə həbslər gözlənilir

Mingəçevirdən daxil olan məlumata görə, yaxın günlərdə şəhərində bir neçə yüksək vəzifəli şəxsin həbsi gözlənilir.

Bunların başında Mənzil İstismarı və Abadlaşdırılması İdarəsinin rəisi Şəhriyar Mustafayev gəlir. Artıq onun qaranlıq keçmişi ilə bağlı bütün məlumat və faktlar müvafiq qurumların əlindədir. Qaynatası Sanitar Təmizlik İdarəsinin rəhbəri Əli Ağamirovla əlbir olan Mingəçevir Komunal Təsərrüfat idarəsi rəhbəri Şəhriyar Mustafayevin özbaşınalığı vətəndaşları dövlətdən narazı salır.

Belə ki MKTİ-nin rəhbəri Şəhriyar Mustafayev Mingəcevirdə Torpaq və Xəritəçəkmə Komitəsinində işlədiyi zaman şəhərin mərkəzində ”Dom Pioner”in arxasindakı yaşayış binasının ərazisini Mingəçevirin ucqar üçxoz qəsəbəsinin torpağı kimi sənədləşdirib dəyərindən yüzqat baha qiymətə sahibkarlara satıb. Bundan əlavə Şəhriyar vəzifədə olarkən Mingəcevirin Dövlət Torpaq Komitəsinə məxsus mərkəzi kücələrin ərazisini guya şəhərin ucqar yerlərinə aid kimi torpaqların mülkiyyətinə aid saxta şəhadətnamələr düzəldərək insanlara bir sotunu 10 min manatdan satıb. 10 ildən coxdur müxtəlif yüksək məmur vəzifəsində calişarkən, bu cür korrupsiya əməlləri ilə özünə dəyəri milyonlarla ölçülən kommersiya obyektləri tikdirib. Belə kommersiya obyektlərdən 2-si haqda da müəyyən məlumatlar var.

1) Şəhərin Daş Bazarını yaxın qohumunun adina sənədləşdirərək vergidən yayınmaqla hər ay 10 min AZN xeyir gətirən Komersiya Obyekti kimi istifade edir.
2) Mingəcevirdə Kür cayinda hamının plyaj kimi istifadə etdiyi 2-ci buxtanı özəlləşdirib və orada bir necə istirahet obyektləri tikməkdədir.

Həbs təhlükəsi olanlardan 2-si İcra başçısı İlham İsmaylovdur. Onun birinci müavin işlədiyi dövlərdəki “maklerlik” fəaliyyətindən, bahalı yerlərin satılması işində keçmiş İcra başçıları Mübariz Ağayevə və Niyazi Bayramova canı dildən xidmət etməsindən, məcburi köçkünlərin evlərinin satılmasındakı (dostu Rəsul Paşayevlə birgə) “xidmətlərindən, Ağdam rayonundan olan məcburi köçkünə 6 min manat pul atmasından (1000 manatını qaytarıb) əlilləri, qaziləri, köçkünləri təhqir etməsindən DTX-nın və Adminstrasiyanın tam məlumatı var. İlham İsmayılovla birgə dəmir barmaqlıqlar arasına gedən adamlardan biri də “Başsız memar” və “alverçi” ləqəbi ilə tanınan və az qala bütün şəhər əhalsinin nifrət bəslədiyi Etibar Abdullayevdi. O Etibar ki, oğlu radikal meylli dindar qruplaşmaların şəhərədki obyekt yerlərinin alınmasını təşkil edir. Özünü “hənəfi” təriqətinin üzvü kimi təqdim etsə də, əslində sələfi və vəhabilərin biznes imkanlarının genişləndirilməsinə atasının vasitəsi ilə kömək edir. Həmçinin, Etibar Abdullayev İlham İsmayılovla birgə Kür çayının sahilindəki bahalı yerlərinin açıq alveri ilə məşğuldurlar. Bu işdən 2 milyona yaxın vəsait əldə ediblər… Daha iki vəzifəli şəxsin də həbsinə hazrlıq gedir…Onların da kimliyi bizə məlumdur…
ARDI VAR…

Gundemxeber.Az

Facebook Comments