“Əminəm ki, biz öz əziz, doğma torpaqlarımızı işğaldan azad edəcəyik…”

“Biz o qədər bu günü gözləmişik ki, artıq səbrimiz tükənib və bu gün artıq o gündür. Sadəcə olaraq təxribatlara uymamaq, müharibəni reklama çevirməmək lazımdır”

Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Zülfiyyə Xanbabayeva deyib. Müğənni torpaq uğrunda şəhid olan əsgərlərimizin ailələrinə də baş sağlığı verib:

“Ordumuzun uğrularına hamı kimi sevinirik. Mən düşünmürəm ki, buna seviməyən elə bir adam olsun. Əlbəttə, qardaşlarımız torpaq uğrunda şəhid olur, onların ruhları şad olsun. Şəhidlik onlar üçün bir zirvədir və əminəm ki, onların ruhları şaddır, çünki gün keçdikcə, irəli getdikcə, əminəm ki, biz öz əziz, doğma torpaqlarımızı işğaldan azad edəcəyik. Bizim heç kimlə işimiz yoxdur. Hamımız Ali Baş Komandanın ətrafında yumruq kimi birləşib irəli gedirik. İnşallah bundan sonra da yaxşı günlərimiz olsun. Biz o qədər bu günü gözləmişik ki, artıq səbrimiz tükənib və bu gün artıq o gündür. Sadəcə olaraq təxribatlara uymamaq, müharibəni reklama çevirməmək lazımdır. Bu gün biz bir olaq, torpaqlarımızı düşməndən azad edək. Çünki düşmən də bizi görür və çalışır ki, bizim əleyhimizə nəsə yazsınlar. Hamı 2020-ci ilin çətinliklərindən danışdı, amma mən düşünürəm ki, ilin sonuna yaxın Tanrı bizi sevindirəcək. Mən şəhid ailələrimizin ailələrinə baş sağlığı vermək istəyirəm. Əlbəttə, hər bir valideyn üçün övlad itkisi çətindi, deyirlər ki, “atəş düşdüyü yeri yandırar”, amma şəh valideynlərimiz başlarına tik tutsunlar”.

Qeyd edək ki, bu gün həmçinin Xalq artisti Zülfiyyə Xanbabayevanın doğum günüdür.

Facebook Comments