Milyonerlərin daha çox üz tutduğu 12 ölkə (SİYAHI)-

Ekspertlərin apardığı hesablamalara görə, 2018-ci ildə dünyanın 108 milyoneri yaşadığı yeri dəyişiblər. Bu isə əvvəlki ilə (95 min milyoner) nisbətən 14% çoxdur.

Sozcu.az xəbər verir ki, milyonerlər yaşadığı yerləri müxtəlif səbəblərə görə dəyişirlər: kimi siyasi və iqtisadi qeyri-sabitlikdən qaçır, kimi isə daha əlverişli vergi rejiminə yaşadığı məkanı dəyişir.

Siyahının ilk pilləsində Avstraliya qərarlaşıb. Ötən il bütün dünyadan yaşayış üçün bu ölkəyə 12 min milyoner gəlib. Sözügedən ölkənin digər qitələrdən xeyli aralı olması, həmçinin rəqabətqabiliyyətli iqtisadiyyatın və Asiya və Sakit Okean regionunun bazarlarına çıxışın mövcudluğu zəngin insanları özünə cəlb edir.

Reytinqin ikinci yerini isə ABŞ tutur. Bu ölkəyə köçən milyonerlər əsasən Nyu-York, Mayami və San-Fransisko kimi şəhərlərə üstünlük veriblər. Ötən bu şəhərlərə 1 mindən çox milyoner köçüb ki, bu da reytinqdə yer almış bəzi ölkələrə gələn ümumi milyonerlərin sayına bərabərdir.

Reytinqin ilk üçlüyünü Kanada tamamlayır. Ötən il 4 minə yaxın milyoner bu ölkəyə köçüb. Digər inkişaf etmiş ölkələrdə olduğu kimi, Kanadada da xidmətlər sektoru üstünlük təşkil edir. Sözügedən sahədə kanadalıların ¾-ü məşğuldur. Kanada digər inkişaf etmiş ölkələrdən xammal sektorunun əhəmiyyəti ilə seçilir. Meşə təsərrüfatı və neft sənayesi ölkənin ən mühüm sahələri hesab edilir.(ONA)