Milli Ordumuz düşmənin tabor komandirinin avtomobilini məhv etdi?..

Aprelin 10-da da erməni hərbi hissə komandiri müavininin “UAZ” markalı avtomobili yandırılıb?..

“Dünən –mayın 26-da Azərbaycan tərəfdən atılan atəş nəticəsində erməni hərbi hissələrindən birinin batalyon komandirinin “Nissan Patrol” markalı avtomobili yanıb”.

Sozcu.az xəbər verir ki, işğalçı ölkənin “Qraparak” qəzetinin yazdığına görə, düşmən karvanına atəş Naxçıvan ərazisindən, 2018-ci ildən sonra ordumuzun ələ keçirdiyi mövqelərdən açılıb.

“Bundan əvvəl, aprelin 10-da da oxşar hadisə baş vermişdi; Azərbaycan tərəfinin atəşindən hərbi hissə komandiri müavininin “UAZ” markalı avtomobili yanmışdı. Xoşbəxtlikdən hər iki halda zərərçəkən olmayıb. Son hadisə Areni Vayots Dzora kəndinin yaxınlığında baş verib.

Əslində, mövqelərimizdəki hərəkət artıq aydın görünür və düşmənə açıqdır. Müdafiə Nazirliyinin mətbuat xidməti baş verənlərlə bağlı rəsmi açıqlama verməyib. Lakin nazirlikdə bu məlumatı təsdiqləyiblər. Düşmənin “DŞK” ağır pulemyotundan atəş açdığını, erməni sürücülərin atılmağı bacardıqlarını və avtomobillərin tamamilə yanaraq yararsız hala düşdüyünü bildiriblər» – erməni qəzeti belə yazır.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi də hələlik məlumatı təsdiqləməyib…(Moderator.az)

Facebook Comments