Milli Məclis hamını təəccübləndirib – Operativliyinə görə

Milli Məclisin dünən 1 saat ərzində 35 məsələni müzakirə edib müfaviq qərarlar qəbul etməsi ictimaiyyətdə maraqla qarşılanıb. Hesablamalaraa görə hər məsələnin müzakirəsi və qəbulu 2 dəqiqədən də az vaxt aparıb.
Sozcu.az xəbər verir ki, məsələyə münasibət bildirən iqtisadçı Qubad İbadoğlu deyib ki, bundan əvvəlki iclasda deputatlar gündəlikdəki 49 məsələni “həll ediblər”.

“Yay tətilinə çıxmaq ərəfəsində 2 iclsda 84 gündəlik məsələsini müzakirəsiz “qəbul” edən Milli Məclisin 1 iclas günü ərzində orta məhsuldarlığı 42 məsələ olub. Bu doğrudan da qibtə olunası göstəricidir.

Yeri gəlmişkən diqqəti çəkən yalnız müzakirəsiz qəbul edilən məsələlərin çoxluğu deyil, həm də bəzi qərarların məzmununudr.

Belə ki, “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliyə görə, müdafiə xərləri 150 milyon manat artırılıb, Əmək və Əhalinin sosial müdafiəsi nazirliyinin büdcəsinin balanslaşdırılması məqsədilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün ayrılan vəsait isə 150 milyon manat azaldılıb.

Bununla yanaşı icmal büdcənin xərclərinin yuxarı məbləği də 215 milyon manat artırılıb. Bu dəyişikliyin hansı zərurətdən irəli gəlməsi və nə məqsədlə edilməsi barədə nəinki ictimaiyyət, heç Məclis üzvləri də məlumatlandırılmayıb”.(Yeni Sabah)