Milli fəal Rza Zarei həbs edilib

Güney azərbaycanlı milli- mədəni fəal Rza Zarei oktyabrın 18-də keçirilən aksiyalar zamanı Təbrizdə saxlananlar arasındadır.

İran rejiminin təhlükəsizlik qüvvələrinin əməkdaşları həmin gün fəalın evinə gələrək, saxlanmasına dair heç bir məhkəmə hökmü göstərmədən onu həbs edib, özləri ilə naməlum istiqamətdə aparıblar.

Rza Zareinin həbs səbəbi və ona qarşı hansı ittihamların irəli sürülməsi açıqlanmır.

Fəalın güney azərbaycanlıları oktyabrın 18-də İran rejiminin Ermənistana göstərdiyi hərbi logistik dəstəyə etiraz etmək və Nurduzun bağlanmasını tələb etmək üçün etiraz aksiyasına keçirməyə çağırışla bağlı tutulduğu ehtimal edilir.

Qeyd etmək lazımdır ki, həmin çağırla bağlı Güney Azərbaycanın şəhərlərində çoxlu sayda milli fəal Tehran rejiminin təhlükəsizlik qüvvələri tərəfindən tutulub.

Facebook Comments