Milli fəal quru aclıq aksiyası keçirəcəyini deyib

Ərdəbil həbsxanasında saxlanılan Yusif Kari aclıq aksiyasının üçüncü günündə bazar gününə kimi öz palatasına qaytarılmayacağı təqdirdə quru aclıq aksiyasına başlayacağını bildirib.

Azərbaycanlı milli-mədəni fəallın həbsxana yoldaşlarının verdikləri məlumata görə, o Ərdəbil həbsxanasının məsullarına xəbərdarlıq edib. Y.Kari bazar gününə kimi karantin bölməsindən öz palatasına qaytarılmayacağı halda başlatdığı aclıq aksiyasını quru aclıq aksiyası ilə dəyişəcəyini elan edib.

Milli fəal qanun pozuntuları və təhqirlərə qarşı əl ata biləcəkləri tək yolun aclıq aksiyası olduğunu, bütün mənfi nəticələrin məsuliyyətinin məhkəmə-təhlükəsizlik sistemi və həbsxana məsullarının üzərinə düşəcəyini söyləyib.

Ərdəbil zindanında saxlanılan azərbaycanlı siyasi məhbus Yusif Kari tibbi məzuniyyət istədiyi üçün həbsxananın məsul nəzarətçisi “Sepehri”nin təhqirlərinə məruz qalıb. Buna etiraz edən milli fəal 8-ci karantin bəndinə köçürülüb. Milli fəal yanvarın ayının 13-dən hüquqlarının təmin olunması istəyi ilə aclıq aksiyasına başlayıb.

Facebook Comments