Milli fəal Muxtar İbrahimi məhkəməyə çağırılıb

Güney azərbaycanlı milli- mədəni fəal Muxtar İbrahimi Marağa İnqilab Məhkəməsinin 1-ci şöbəsinə çağırılıb.

Oktyabrın 12-də fəala göndərilmiş çağırış vərəqəsində ondan 5 gün ərzində sözügedən məhkəməyə gəlməsi istənilir.

Sənəddə Muxtar İbrahimiyə qarşı “ölkənin təhlükəsizliyini pozmağı hədəfləyən dəstək, icma və ya icmaların ölkə daxilindəki şöbələrinin üzvü olmaq” və “siyasi sistem əleyhinə təbliğat” kimi ittihamların sürüldüyü qeyd edilib.

Fəal bu gün Marağanın “Ettelaat” İdarəsinin işçiləri tərəfindən tutularaq həbsxanaya salınıb.

“Ettelaat” işçiləri daha sonra Muxtar İbrahiminin evinə gedərək, onun şəxsi əşyalarını götürüb, özləri ilə aparıblar.

Qeyd etmək lazımdır ki, Muxtar İbrahimi Güney Azərbaycan türklərinin pozulmuş hüquqlarının bərpa olunması yolunda göstərdiyi milli- mədəni fəaliyyətlərə görə dəfələrlə həbs edilib.

Facebook Comments