Milli fəal Hamid Abidi 3 ay həbs cəzasına məhkum edilib

Güney azərbaycanlı milli-mədəni fəal, Qoşaçay (Miyandab) sakini olan Hamid Abidi Qoşaçay Cəza Məhkəməsi tərəfindən 91 gün azadlıqdan məhrum edilib.

Abidi 2019-cu ilin noyabr ayında İranda bahalığa qarşı keçirilən etiraz aksiyaları zamanı bir çox azərbaycanlı fəal kimi təhlükəsizlik qüvvələri tərəfindən qanunsuz olaraq saxlanılmışdı.

Abidi 2018-ci ilin iyul ayının 5-də, Kəleybərdə təşkil edilən “Babək qalası” mərasimində də 80 milli fəalla birlikdə təhlükəsizlik qüvvələri tərəfindən tutulmuşdu. Saxlanılan zaman fəallar möhkəm döyülmüşdü.

Sozcu.az

Facebook Comments