Milli fəal Abdulla Səduqi Təbrizin Mərkəzi zindanına köçürülüb

Güney azərbaycanlı milli- mədəni fəal Abdulla Səduqi Təbrizin Mərkəzi həbsxanasına aparılıb.

Dünən ifadə alma müddəti bitdiyi üçün o, “Ettelaat” İdarəsindən həbsxanaya köçürülüb.

Abdulla Səduqiyə qarşı irəli sürülmüş ittihamlar və çıxarılmış mülki vəsiqə qərarının məbləği barədə məlumat yoxdur.

Fəal sentyabrın 23-də saxlanmasına dair heç bir məhkəmə hökmü olmadan təhlükəsizlik qüvvələri tərəfindən evində həbs edilib.

O, əvvəllər də dəfələrlə milli- mədəni fəalliyyətləri səbəbindən həbs edilib.

Facebook Comments