“Millətə böyümək xəyalı verənlər bu kiçik dünyada linc edilir”

Yasəmən Qaraqoyunlu

Bütün insanların xəyal dünyası olur. Bütün insanlar özləri ilə bağlı böyük xəyallar qurarlar. Millətlər də insanlar kimi gələcəkləri ilə bağlı böyük xəyaılar qurarlar, uzaqda, üfüqdə bütün xəyallara çatacaqları günə doğru irəliləyərlər. Bütün milli fəlsəfələrdə, mifalogiyalarda bu xəyallar aydın təsəvvür olunub. Bizim ölkəmizdə millətə strateji arzular və siyasi xəyallar aşılayan adamlara avantürist, populist deyirlər. Çünki bizim vətən və millət anlayışımız bəlli bir coğrafiyaya həbs olunub. Hətta xəyal dünyasında belə, O coğrafiyadan kənara çıxmaq yasaqlanıb və az qala cinayət hesab olunur. Bu şüuru, bu ağılı kim formalaşdırıb? Böyümək istəməyən bir millət, böyümək istəməyən bir vətən şüuru ilə nə qədər mübarizə apaq.

Bizim strateji arzularımız, milli fəlsəfəmiz və xəyallarımız nədir, necədir?

Kim demiş ki, Azərbaycan Xorasana, İkiçayarasına, Kəngər körfəzinə, Volqaboyuna doğru genişlənə bilməz? Sadəcə türk dili ilə elə bir genişlənər ki. Azərbaycan türklərinin sərhədləri Çindən Adriatikə qədərdir. Bu geniş dünya Azərbaycan dünyasıdır. Təəssüf ki, Azərbaycan bu böyük dünyanı tərk edərək öz içinə, kiçik coğrafiyasına, kiçik dünyasına həbs olub. Millətə böyümək xəyalı verənlər bu kiçik dünyada linc edilir. Milli fəlsəfə yoxdur. Bir millətin xəyal dünyası nə qədərdisə, o millətin gücü və etkisi də elə o qədərdir. Xəyalları böyük olan millətlər böyük, kiçik olan millətlər də kiçik olur. Eynən insanlar kimi…

Facebook Comments