“Milan”ın qış planı: Əsas hədəf “Sevilya”lı forvarddır

“Milan” qış transfer pəncərəsi dövründə hücum xəttini gücləndirmək niyyətindədir.

Komanda.az xəbər verir ki, “qırmızı-qaralar” “Sevilya”nın forvadı Luis Murielin xidmətində maraqlıdır. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. Xəbərdə, “Milan”ın kolumbiyalı hücumçunu mövsümün sonuna kimi icarəyə götürmək istədiyi bildirilib. “Sevilya”nın Murieli 12 milyon avroya satmağa hazır olduğu da qeyd edilib.

Karyerası ərzində “Sampdoriya”, “Udineze” kimi İtaliya klublarında forma geyinən Muriel, “Sevilya”da bu mövsüm 6 qarşılaşmada iştirak edərək, bir qol vurub.