“Milan”dan yarımmüdafiəçi transferi – Rəsmi

“Milan” “Torino”nun futbolçusu Sualixo Meytenin keçidini rəsmiləşdirib.

Sozcu.az klubun saytına istinadən xəbər verir ki, İtaliya klubu 26 yaşlı yarımmüdafiəçini icarəyə götürüb. O, bu mövsümün sonunadək “Milan”ın uğurları üçün çalışacaq. Fransalı oyunçu 18 nömrəli forma ilə çıxış edəcək.

Qeyd edək ki, Meyte bu mövsüm “Torino”nun heyətində 16 matçda iştirak edib, 1 qol və eyni sayda qolun ötürməsini verib.

Facebook Comments