Miçel Azərbaycan millisinə çağırılır?

“Qarabağ”ın ispaniyalı futbolçusu Miçel Madera millimizdə çıxış edə bilər.

Qol.az xəbər verir ki, bu barədə İspaniyanın “La Nueva Espana” nəşri məlumat yayıb. AFFA-nın bununla bağlı Miçelə təklif göndərdiyi bildirilir.

Qeyd edək ki, 34 yaşlı yarımmüdafiəçinin gələn il Azərbaycanda oynamasının 5 ili tamam olacaq. FİFAnın qaydalarına görə, 5 il ölkəmizdə çıxış edən legioner, vətəndaşlıq hüququ ala və milli komandada oynaya bilər.

Xatırladaq ki, Miçelin “Qarabağ”dakı braziliyalı komanda yoldaşı Riçard Almeyda da iki il əvvəl milliləşdirilərək yığmamıza cəlb olunub.