MHP liderindən İmamoğlu ilə bağlı sərt bəyanat:”Sizin gözəliniz yerə girsin!”

“İstanbul ləkəsiz, şübhəsiz iradə ilə yüksəlməli, tərtəmiz vicdanlara əmanət edilməlidir”.

Sozcu.az xəbər verir ki,bunu MHP sədri Dövlət Baxçalı deyib.

O, İmamoğlu tərəfdarlarının “Hər şey çox gözəl olacaq” şüarına da münasibət bildirib:

“Türk millətinin qüruru, qibtə ediləcək qiyməti olan İstanbul necə boyunduruq altına girəcək? İstanbulun qədəri terror təşkilatlarına necə həvalə ediləcək?

Terror təşkilatları demokratik güc birliyindən danışır. PKK-çı canilər davamlı açıqlamalar verərək Əkrəm İmamoğlunu tərifləyir, CHP namizədinə dəstək mesajı paylaşırlar. Hər şey çox gözəl olacaqmış. Sizin gözəliniz yerə girsin!”.(Axar.az)