Məzarına nəzarət üçün kameralar quraşdırılıb

Böyük Britaniyada Karl Marksın məzarına nəzarət üçün müşahidə kameraları quraşdırılıb.

Sozcu.az AZƏRTAC-a istinadən bildirir ki, müşahidə cihazları abidənin hər iki tərəfindəki ağacların gövdəsinə quraşdırılıb. Cihazların yerləşdirilməsində məqsəd məzara edilən hücumların qarşısını almaqdır.

Bu, qəbiristanlıqda kameralar tərəfindən müşahidə edilən ilk məzardır.

Xatirladaq ki, Londonun “Highgate” qəbiristanlığında yerləşən məzar 2019-cu ilin fevral ayında 2 dəfə vandal hücuma məruz qalmışdı. Vandallar Marksın məzarı üzərindəki başdaşını çəkiclə qırıb, həmçinin onun üzərindəki yazıları silmişdilər.

Facebook Comments