Mesut Özildən “0:6” zarafatı

“Arsenal”ın futbolçusu Mesut Özil Millətlər Liqasının 6-cı turunda ötən gecə Almaniyanın İspaniyaya 0:6 hesablı məğlubiyyətinə zarafatla reaksiya verib.

Sozcu.az xəbər verir ki, Almaniyanın millisinin türk əsilli sabiq üzvü şəxsi Tvitter hesabında yazıb: “Jerom Boatenqi milliyə qaytarmağın vaxtıdır”.

Qeyd edək ki, Almaniya yığmasının əsas müdafiəçilərindən olan Boatenq DÇ-2018-dən sonra millidəki karyerasını başa vurub. Həmçinin, Özil də həmin vaxt yığmanı tərk edib. O, Türkiyənin prezidenti Rəcəb Tayyip Ərdoğanla çəkdirdiyi şəkilə görə Almaniyada irqçi təzyiqlərə məruz qaldığı üçün bu addımı atmışdı.

Facebook Comments