Messinin son durumu

“Barselona”nın futbolçusu Lionel Messinin zədədədən bərpa prosesi davam edir.

Sozcu.az-ın “AS”a istinadən yaydığı xəbərə görə, argentinalı hücumçu bu gün səhər fərdi qaydada məşq edib. Onun La Liqanın 2-ci turunda “Betis”lə matçda oynayıb-oynamayağı sabah müəyyənləşəcək.

32 yaşlı futbolçu sabah da komanda ilə ümumi məşqlərdə işirak etməsə, qarşıdakı görüşü dəqiq buraxacaq.

Qeyd edək ki, Messi zədə səbəbindən “Atletik”lə matçda meydana çıxmamışdı.(Qol.az)