Messinin Haaland fədakarlığı

“Barselona”nın kapitanı Lionel Messi klubun “Borussiya”nın (Dortmund) futbolçusu Erling Haalandı transfer etməsi üçün şərait yaratmaq istəyir.

Sozcu.az xəbər verir ki, bu barədə “Eurosport” məlumat yayıb. Əgər Kataloniya klubu Haalandı alarsa, Messi öz maaşının azaldılmasına razı olacaq. Lakin 33 yaşlı hücumçu “Barselona”nın bu transfer mövzusunda daha çox çalışmasını istəyir.

Qeyd edək ki, Messinin klubla müqaviləsi 2021-ci ilin yayında başa çatır. Müxtəlif mənbələrdə tərəflərin yeni sözləşmə imzalayacağı deyilsə də, hələlik danışıqlara başlanılmayıb.

Facebook Comments