Messinin 100-cü oyunu – kapitan kimi

“Barselona”nın futbolçusu Lionel Messi üçün La Liqanın 34-cü turunda “Alaves”lə oyun (2:0) əlamətdar olub.

Sozcu.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, argentinalı hücumçu bu matçla Kataloniya klubunun kapitanı kimi 100-cü oyununa çıxıb.

Qarşılaşmanın 61-ci dəqiqəsində meydana daxil olan 31 yaşlı futbolçu kapitanlıq sarığısını komanda yoldaşı Serxio Busketsdən alıb.(Qol.az)

Facebook Comments