Messini qəfəsə salmaq lazımdır

Joze Mourinyo “Barselona”nın futbolçusu Lionel Messinin Çempionlar Liqasının 1/4 finalında “Mançester Yunayted”lə cavab oyununda (3:0) dubl etməsinə münasibət bildirib.

Sozcu.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, o deyib ki, argentinalı hücumçuya meydanda sərbəstlik vermək lazım deyil:

“Mən demişdim ki, Messidə top olan zaman onu təkbaşına dayandırmaq mümkünsüzdür. Meydanda onu qəfəsə salmaq lazımdır. O zaman Messini zərərsizləşdirmək olar. Rəqib oyunçular ona yaxın olmalı və oyununa müdaxilə etməlidirilər. Messi ikinci qol vuran zaman ona sərbəstlik verilmişdi”.(Qol.az)