Messidən xeyirxah addım

Argentina millisinin və “Barselona”nın futbolçusu Lionel Messinin və ailəsinin sahibi olduğu Rosariodakı restoranda evsiz insanlar üçün aksiya təşkil edilib.

Sozcu.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, iyulun 5-i başlanan aksiyanın daha 15 gün uzadılması planlaşdırılır. Aksiya çərçivəsində evsiz insanlara isti yeməklər təklif olunur.

Restoranın meneceri Ariel Almada aksiya ilə bağlı deyib: “Bəzi insanlara biz qəhvə, alkoqolsuz içkilər, hətta şərab veririk.Bura bir çox ziyarətçi gəlib və hamısı nəzakətlə davranıblar. Biz bu aksiyanı daha 15 gün uzatmaq istəyirik”.(Qol.az)