“Messidən qorxmuruq” – Simeone

“Atletiko”nun baş məşqçisi Dieqo Simeone La Liqanın 31-ci turunda “Barselona” ilə qarşılaşacaqları oyundan əvvəl fikirlərini bildirib.

Sozcu.az xəbər verir ki, İspaniya mətbuatına danışan argentinalı mütəxəssis, bu oyunun çempionluq şanslarını davam etdirmək üçün son fürsət olduğunu deyib:

“Kamp Nou”da heç vaxt qələbə qazanmamışam, bir dəfə də olsun. Ancaq müsbət fikirləşirəm. Çempionluq yarışında qalmaq üçün tək yol “Kamp Nou”da qələbə qazanmaqdır. Hər şey bu oyuna bağlıdır.

Lionel Messidən qorxmuruq, ona hörmət edirik. Diqqətli olmalıyıq”.

“Barselona” – “Atletiko” matçı bu gün, saat 22:45-də start götürəcək.(Komanda.az)