Messi Mbappeyə qarşı – Ronaldo 10-luqdan kənarda

Avropada “Qızıl buts” mükafatını kimin qazanacağı böyük maraq doğurur.

Sozcu.az xəbər verir ki, hazırda bu mükafat uğrunda əsasən iki futbolçu – “Barselona”nın kapitanı Lionel Messi və PSJ-nin hücumçusu Kilian Mbappe mübarizə aparır.

Bu mövsüm rəqib qapılarından ümumilikdə 33 top keçirən argentinalı superulduz favorit göstərilsə də, rəqibindən 3 top az vuran fransalı forvardın ona çatmaq şansı da yüksək qiymətləndirilir. Hətta “Barselona”nın 3 cəbhədə – La Liqa, İspaniya kuboku və Çempionlar Liqasında mübarizə apardığını və Messinin yorğun olduğunu nəzərə alan futbol mütəxəssisləri Mbappenin onu geridə qoya biləciyini də düşünürlər.

Maraqlıdır ki, bu mövsüm Avropada ən çox qol vuran 10 futbolçu arasında ötən yay “Real”dan “Yuventus”a keçən Kriştiano Ronaldonun adı yoxdur. Portuqaliyalı hücumçu 19 qolla 11-ci pillədə qərarlaşıb.

1.Lionel Messi (“Barselona”) – 33 qol (66 oyun)

2. Kilian Mbappe (PSJ) – 30 qol (60)

3. Fabio Kualiyarella (“Sampdoriya”) – 22 qol (44)

4. Mbaye Diane (“Qalatasaray”) – 28 qol (42)

5. Luis Suares (“Barselona”) – 21 qol (42)

6. Robert Levandovski (“Bavariya”) – 21 qol (42)

7. Kşiştof Pyotek (“Milan”) – 21 qol (42)

8. Kərim Benzema (“Real”) – 21 qol (42)

9. Duvan Zapata (“Atalanta”) – 21 qol (42)

10. Luk de Yonq (PSV) – 27 qol (40) (Qol.az)