Messi La Liqanın əvvəlini buraxa bilər

“Barselona”nın baş məşqçisi Ernesto Valverde Lionel Messinin durumu ilə bağlı məlumat verib.

Sozcu.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, o deyib ki, argentinalı hücumçu hazırda bərpa prosesi keçir: “Bilmirəm, o, çempionatın əvvəlinə hazır olacaqmı. Amma çətin görünür”.

Xatırladaq ki, Messi “Barselona”nın ABŞ-a təlim-məşq toplanışına yollamazdan əvvəlki hazırlığında zədə alıb.

Qeyd edək ki, La Liqada 2019/20 mövsümünə avqustun 16-sı “Atletik” – “Barselona” matçı ilə start verilir.(Qol.az)