Messi Kasilyası geridə qoydu – 335-ci qələbə

La Liqanın 31-ci turunun “Atletiko” ilə oyunu (2:0) “Barselona”nın kapitanı Lionel Messi üçün əlamətdar olub.

Sozcu.az-ın yarışın rəsmi “Tvitter” səhifəsinə istinadən yaydığı xəbərə görə, argentinalı superulduz Kataloniya klubunun heyətində İspaniya çempionatında 335-ci qələbəsini qazanıb. O, bu göstərici ilə “Real”ın sabiq qapıçısı, hazırda “Portu”da çıxış edən İker Kasilyası geridə qoyub.

Qeyd edək ki, Messi bu nəticəyə 446 matçda nail olub.(Qol.az)