Messi İngiltərə Premyer Liqasında?

“Barselona”nın hücumçusu Lionel Messi karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sozcu.az-ın xəbərinə görə, bu haqda “Fox Sports”un jurnalisti Kristian Martin məlumat yayıb.

İspaniya mətbuatı argentinalı futbolçunun klubu ilə 2021-ci ildə başa çatacaq müqavilənin müddətini uzatmayacağını iddia edib.

“Messinin “Mançester Siti”yə keçidi məsələsi var. Bunu mənim İngiltərə və Kataloniyadakı mənbələrim təsdiq edir” – deyə K.Martin bildirib.

Xatirladaq ki, “Mançester Siti”nin hazırkı baş məşqçisi Xosep Qvardiola Messi ilə birgə “Barselona”da çalışıb.qol.az

Facebook Comments