“Messi “Barselona”dan getsə, bu, bizim üçün dram olmayacaq”

“Uzun illər onun oyunundan zövq aldıq. Amma bundan sona Messi özü nə edəcəyini düşünməlidir. O, “Barselona”nı tərk edərsə, nüfuzu zərər görər”.

Sozcu.az İspaniya mətbuatına istinadən xəbər verir ki, bu sözləri La Liqa-nın prezidenti Xavier Tebas Lionel Messinin “Barselona”dan getmək ehtimalından danışarkən deyib. O, 33 yaşlı hücumçunun Kataloniya klubundan gedişinin turnir üçün dramolacayacağını vurğulayıb:

“Messi komandadan getsə, bu, bizim üçün dram olmayacaq. Ronaldo “Yuventus”a, Neymar PSJ-yə getdi. Liqa 1 və ya A Seriyasının məhz buna görə ən yüksək səviyyəyə çatdığını düşünmürəm. Bu, reallıqdır. Futbolçuların çempionluğu müəyyənləşdirdiyini düşününən insanlar səhv edirlər”.

Facebook Comments