Messi Abidala əsəbiləşdi – “Ad çəkməlisən”

“Barselona”nın kapitanı Lionel Messin klubun idman direktoru Erik Abidalın komanda haqda fikirlərinə qarşı çıxıb.

Sozcu.az İspaniya mətbuatına istinadən xəbər verir ki, E.Abidal istefaya göndərilən Ernesto Valverdenin dönəmində komandanın oyununu tənqid edib. O, həmin vaxtda futbolçuların xoşbəxt olmadıqlarını və yetəri qədər çalışmadıqlarını bildirib. Klub rəsmisi hətta baş məşqçi ilə oyunçular arasında ünsiyyət problemi olduğunu da söyləyib.

Ancaq A.Abidalın bu sözləri L.Messinin xoşuna gəlməyib. O, “İnstaqram” hesabında bununla bağlı yazıb: “Belə şeyləri sevmirəm. Hər kəs öz işinin məsuliyyətini bilməli və buna görə davranmalıdır. Futbolçular meydanda baş verənlərə görə məsuliyyət daşıyırlar. Yaxşı oynamadığımız zaman bunu ilk biz etiraf edirik. Əgər futbolçular haqqında danışırsansa, ad çəkməlisən, əks təqdirdə, hamının üzərinə kölgə salacaqsan”.(Qol.az)

Facebook Comments