Məşhur türkiyəli aktyor: “Azərbaycan üçün könüllü əsgərliyə gedərdim”

Azərbaycan əsilli məşhur türkiyəli aktyor Tamer Karadağlı maraqlı açıqlamalar verib.

Karadağlı “Jülide Ateşle 40” verilişində qonaq olarkən Azərbaycanla bağlı maraqlı sualları da cavablandırıb.

“Azərbaycan mədəniyyəti üçün darıxırsınızmı?” sualına məşhur aktyor belə cavab verib:

“Xeyr, darıxmıram, çünki o mədəniyyəti yaşayıram. Bütün ailəmiz o mədəniyyəti yaşayırdı. Evimizdə həmişə Azərbaycan yeməkləri hazırlanırdı, xalalarım, əmilərim Azərbaycandaymış kimi danışırdılar. Hər nə qədər Azərbaycan əsilli olsam da, ilk dəfə iki əvvəl getdim ora və yeməkləri, insanları, danışıqları o qədər yaxın gəlmişdi ki mənə, izah edə bilmirəm”.

Aparıcının “Azərbaycan üçün könüllü əsgərliyə gedərsinizmi?” sualına cavab isə daha maraqlı olub:

“Məni bu yaşdan sonra almazlar, amma əgər ehtiyac olsa, çağırsalar, niyə də olmasın? Çünki necə deyirdik? Bir millət, iki dövlətik. Əgər elə düşünürüksə, onun üçün gərəkli olanları da yerinə yetirməliyik”.//oxu.az

Facebook Comments