Meşə yanğınlarına pilotsuz uçuş aparatları ilə nəzarət ediləcək

Türkiyənin Kənd Təsərrüfatı və Meşə naziri Bəkir Pakdəmirli meşə yanğınlarına qarşı mübarizə çərçivəsində bu il 4 pilotsuz uçuş aparatından istifadə edəcəklərini bildirib.

Sozcu.az xəbər verir ki, bu barərə nazir öz “Twitter” hesabında paylaşım edib: “Yaşıl vətəni pilotsuz uçuş aparatları ilə 24 saat izləyirik. Adana, Antalya, İzmir və Muğlada yerləşdiriləcək 4 pilotsuz uçuş aparatı ilə bütün yanğına həssas bölgələrimizi izləyəcəyik”.
Nazir Pakdəmirlinin paylaşdığı videoda yer alan məlumata görə, keçən il istifadə edilən bir pilotsuz uçuş aparatı ilə 234 meşə yanğını aşkar edilib.

Facebook Comments