“Mersedes” 45 minə yaxın avtomobili geri çağırdı

Almaniyanın məşhur avtomobil brendi “Mersedes-Benz” Çin bazarında satdığı 44 min 900 avtomobili təkər nasazlıqlarına görə geri çağırır.

Sozcu.az xəbər verir ki, oktyabrın 25-dən başlanacaq proses zamanı 2016-cı ilin aprel-may aylarında istehsal edilmiş avtomobillər geri çağırılacaq. İstehsalçı şirkətin Çindəki müştərək müəssisələri olan “Mersedes-Benz (China) Automotive Sales” və “Beijing Benz Automotive” avtomobillərdəki nasaz detalları yoxlayaraq dəyişəcək.

Administrasiyanın mütəxəssisləri həmin avtomobillərdəki nasaz detalların təhlükə yarada biləcəyi fikrindədirlər.