Mərkəzi Bankın qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) 50300579S dövlət qeydiyyat nömrəli, 50 milyon manat həcmində, 168 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən Trend-ə verilən məlumata görə, hərrac zamanı 12 investor tərəfindən qiymət intervalı 97.056 AZN (6.49 faiz) və 98.3930 AZN (3.49 faiz) olan 16 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 193 milyon 893 min 200 AZN olub.

AMB-nin qərarına əsasən, notların kəsmə qiyməti 98.258 AZN (3.79 faiz), orta ölçülmüş qiyməti 98.2625 AZN (3.79 faiz) müəyyən edilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 50 milyon AZN təşkil edib. Notlar martın 8-də ödəniləcək.

Sozcu.az

Facebook Comments